Xəbər verdiyimiz kimi, oktyabrın 22-də mərhum Xalq artisti İlhamə Quliyevanın xatirə gecəsi keçiriləcək.
Milli.Az bildirir ki, axşam.az-ın məlumatına görə, gecənin təşkilatçısı rejissor Nail Naiboğludur. Nail bildirib ki, bir çox sənət adamı konsertdə İ.Quliyevanın mahnılarını səsləndirəcək.
Rejissor eyni zamanda bəzi sənət adamlarının söz verdikləri halda son anda tədbirə gəlməkdən imtina etdiyini açıqlayıb:
"Bəzi müğənnilər İlhamə Quliyevanın ruhuna hörmətsizlik etdilər. Bir çoxları yalandan Bakıda olmadığı üçün konsertə qatılmayacağını deyib. Onlar İlhamə xanımın mahnısı oxumaq istəməyiblər. Adlarını açıqlamıram, amma konsertdən sonra bir-bir adlarını çəkəcəyəm".
Nail əlavə edib ki, gecədə müğənnilər Ramal İsrafilov, Nadir Qafarzadə, Xatun Əliyeva və başqaları yer alacaqlar.
Konsert Opera Studiyada gerçəkləşəcək.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun