Şou-biznes

"Allah hər iki tərəfə kömək olsun"

26 İyul 2024 10:47
Baxış: 2 092
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Fədayə Laçın paylaşımı ilə diqqət çəkib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı Xalq artisti Ağadadaş Ağayevlə mühafizəçi arasında baş verən dava ilə bağlı sosial şəbəkələrdə yazılan tənqidlərə münasibət bildirib.

O, "Hərə əlinə bir "balta" alıb, düşüb sosial şəbəkərələrin canına. Allah hər iki tərəfə kömək olsun" deyə, paylaşımında yazıb.

Qeyd edək ki, hadisə Binəqədi rayonu ərazisində Xalq artisti Ağadadaş Ağayevin yaşadığı binanın həyətində, özəl klinika ilə üzbəüz yerləşən ərazidə baş verib. Xəstəlikdən əizyyət çəkən Xalq artistinin halı pisləşdiyi üçün klinikadan yardım istəyib. Evinin eyvanına çıxan Ağadadaş Ağayev xəstəxananın mühafizəçisinə müraciətlə vəziyyətinin pisləşdiyini, təcili həkim yardımına ehtiyacının olduğunu deyib. Mühafizəçi isə onu klinikaya dəvət edib. Əsəbiləşən müğənni klinikaya gəlib. Bu zaman A. Ağayev əlində olan baltanı mühafizəçiyə tullayıb. Balta yerə düşəndən sonra orada işləyən xadimənin ayağına dəyib.
A. Ağayev uzun müddətdir onkoloji xəstəlikdən əziyyət çəkir. 

Ağadadaş Ağayev və Nurəddin Cəlilov barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory