Şou-biznes

Rusiyanın Əməkdar artistinin meyiti tapıldı - FOTO

9 Aprel 2024 11:19
Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Əməkdar artisti, opera və estrada müğənnisi, "Qolos" ("Səs" yarışması) şousunun iştirakçısı Yevgeni Kunqurovun meyiti tapılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "112" teleqram kanalının məlumatına görə, o, həyat yoldaşına mesaj yazaraq həyatını sonlandıracağını deyib. 

Xanımı xilasetmə xidməti ilə əlaqə saxlayıb. O, ərindən mesaj aldığını və onu mənzildə hədələdiyini bildirib. Mesajda "cəsədimi sabah vannada tapacaqsan" deyə, yazıb. Bundan sonra ifaçı zənglərə cavab verməyib.

40 yaşlı Kunqurovun meyiti evinin yaxınlığında tapılıb.

"TASS"ın hüquq-mühafizə orqanlarına istinadən məlumatına görə, sənətçinin bədənində zorakılıq əlamətləri yoxdur. Kunqurovun son vaxtlar depressiya vəziyyətində olduğu təsdiqlənib. 

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.