Şou-biznes

Əməkdar artistə qarşı dələduzluq: "Mənə hədə-qorxu gəlir" - FOTO

8 Dekabr 2023 17:35
Baxış: 1 463
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əməkdar artist Səbinə Babayeva dələduzluqla üzləşib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, müğənni bu haqda özü məlumat yayıb.

O, məsələ ilə bağlı polisdən yardım istəyib:

"Problemim 4 aydır həll olunmur. Dələduzların qurbanı olmuşam. Qanun yaranmış problemin həllinə yalnız 6 ay göstərir. Bu ilin avgustun ortalarında Gəncə şəhərində avtomaşınlar satılan salondan nəğd pulla maşın almışam. Gəncədən qayıdandan səhəri günü müəyyən olundu ki, maşında naməlum nasazlıq var. Axırıncı 4 ay müddətində şəhərimizin ən yaxşı ustaları bu nasazlığı tapa bilmədilər. Maşını mənə satan şəxsə irad bildirərkən, pulumu qeri qaytarılmasını tələb etdikdə maşının nasaz olduğunu boynuna aldı. Kobudluq və hədə-qorxu gəldi ki, mənə verdiyi etibarnaməni ləğv edəcək.

Sizdən xahiş edirəm, bu çıxılmaz vəziyyətdə mənə kömək edəsiniz. Haqq-ədalətin bərqərar olmasında, nasaz avtomobil satan və mənə hədə-qorxu gələn insanların Azərbaycan qanunlarının nəzərdə tutduğu cəzaya cəlb olunmasında, pulumun geri qaytarılmasında mənə dəstək olmağınızı xahiş edirəm".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.