Şou-biznes

Məşhur reperə Dominikanı tərk etmək qadağan edildi

11 Noyabr 2023 01:50
Baxış: 617
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Amerikalı 26 yaşlı repçi "Tekashi 6ix9ine"a (Deniel Ernandes) hücumda ittiham olunduqdan sonra Dominikan Respublikasını tərk etmək qadağan edilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki,  prodüserə hücumla bağlı təhqiqat tamamlanana qədər reper həmin ölkəni tərk edə bilməyəcək.

Qeyd edək ki, ifaçı prodüserə hücum etməkdə şübhəli bilinərək saxlanılsa da, sonda sənətçi 500 min dollarlıq girov qarşılığında sərbəst buraxılmışdı. Yerli polis musiqiçini Amerikaya qayıtmaq üçün şəxsi təyyarəyə minməyə cəhd edərkən həbs etmişdi.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.