Şou-biznes

Ancelina Coli ilə oynayacağı filmdən alacağı maaş məlum oldu - FOTO

14 Oktyabr 2023 02:15
Baxış: 975
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur türkiyəli aktyor Haluk Bilginer rejissoru Pablo Larrain olan "Mariya" filmində Ancelina Coli ilə rol alacaq.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Haluk Bilginerin bu filmdən alacağı maaşın məbləği məlum olub.

Ssenarisini Stiven Naytın yazdığı "Mariya" filmi 1970-ci illərdə Mariya Kallasın Parisdəki həyatından və yaşadığı dərin tənhalıqdan bəhs edəcək.

Haluk Bilginerin Hollivud ulduzu Ancelina Colinin yeni filmində rol alacağı xəbəri ilə yanaşı filmdən əldə edəcəyi məbləğ də gündəm olub.

Belə ki, Haluk Bilginerin bu rola görə 800 min dollar (22 milyon Türkiyə lirəsi) alacağı bildirilib.  Bundan əlavə, uğurlu aktyor filmin satışından da faiz payı qazanacaq.

Həmçinin çəkilişlərinə başlanılan "Mariya" filminin çəkiliş meydançasından ilk kadrları sosial şəbəkədə paylaşılıb. Filmin çəkilişləri səkkiz həftə davam edəcək və Paris, Yunanıstan, Budapeşt və Milanda aparılacaq.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.