Şou-biznes

Rihannadan sonra sıra ona keçdi

25 Sentyabr 2023 16:57
Baxış: 868
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2024-cü ildə keçiriləcək növbəti "Super Bowl"da kimin çıxış edəcəyi bəlli olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, tədbirdə 8 "Qremmi" mükafatının qalibi, amerikalı müğənni Aşer şou göstərəcək.

Bu barədə sosial media hesabında yazan Aşer hisslərini belə ifadə edib:

"Nəhayət "Super Bow"da çıxış edəcəyim üçün qürur duyuram. Dünyaya məndən əvvəl gördüklərindən fərqli bir şou təqdim etmək üçün səbirsizlənirəm".

Qeyd edək ki, mərasim fevralın 11-də keçiriləcək. Bundan əvvəl müğənni Rihanna şouda məşhur mahnılarını ifa edərək ikinci övladı olacağını açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.