Şou-biznes

Sevda Sanaliyevanın yaşadığı binada YANĞIN OLDU - VİDEO

24 Sentyabr 2023 13:30
Baxış: 1 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Sevda Sanaliyeva qorxu dolu anlar yaşayıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, sənətçinin yaşadığı coxmərtəbəli yeni tikili binada gecə saatlarında yanğın baş verib.

Yanğına səbəb isə kabellərdə qısa qapanma olub.

Bina sakinləri evlərini tərk ediblər. Əraziyə dərhal FHN-in əməkdaşları gəlib. Onların səyi nəticəsində yanğın qısa müddərdə söndürülüb. Bu haqda isə Sevda özü sosial şəbəkə hesabında video paylaşıb. 

İki övladı ilə binanın həyətində digər sakinlərlə birgə əyləşən müğənni bildirib ki, onları mənzillərinə getməyə icazə vermirlər. Sevda bildirib ki, yanğında heç kim xəsarət almayıb. Binaya da zərər gəlməyib.

Qeyd edək ki, Sevda Sanaliyeva Yasamal ərazisində Qəzənfər Musabəyov parkının yanında yerləşən hündürmərtəbəli yeni tikili binaların birində yaşayır. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.