Şou-biznes

Əməliyyatla arıqlayan Mina: “Çıxarılan piylərimi satmışam” - VİDEO

23 Sentyabr 2023 15:02
Baxış: 2 757
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Müğənni Mina Hüseyn yeni görünüşü ilə diqqətləri üzərinə cəmləyib.  

Milli.Az bizim.media-ya istinadən bildriir ki, "Gül kimi şou"da qonaq olan sənətçi aylar əvvəl keçirdiyi "liposaksiya" (piy çıxarılma -red.) əməliyyatından danışıb.  

M.Hüseyn bildirib ki, cərrahi yolla 10 kiloqram çəkidən azad olub:  

"Hardasa 10 kiloqrama yaxın çəki atmışam. Əməliyyat olunmuşdum. Amma indiki çəkimi saxlamaq və baxımlı olmaq üçün pəhriz saxlayıram. Əməliyyatı isə sırf arıqlamaq üçün etdim. "Liposaksiya" əməliyyatı keçirdim.

Bu əməliyyat yolu vasitəsi ilə bədənimdə olan artıq piylərdən azad oldum. Amma həmin piyləri başqa nahiyyəmə yeridilməyib. Yəni belə bir şey yoxdur. Sadəcə artıq piyləri bədənimdən xaric ediblər. Piylərimi satmışam (gülür)".  

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.