Şou-biznes

Stilist Anarın MAYAMİ SƏRGÜZƏŞTLƏRİ - Yumurta ilə şirəyə 151 manat... - VİDEO

14 Sentyabr 2023 23:30
Baxış: 2 100
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyaca məşhur stilist və vizajist Anar Ağakişiyev yaxın dostu Türkiyənin pop ulduzu Demet Akalınla ABŞ-a yollanıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, Anar Mayamidəki kafelərdə yeməklərin olduqca baha olduğundan gileylənib.

Səhər yeməyi üçün dəbdəbəli yox adi kafelərin birinə üz tutan Ağakişiyev qayğanaq ilə bir şüşə meyvə suyuna nə az nə çox düz 89 dollar (təxminən 151 manat) pul ödədiyini bildirib.

Stilist "Bəzən deyirsiniz ki, Bakıda hər şey bahadır. Qaçıb, deyirsiniz ki, xaricdə yaşamaq yaxşıdır. Məncə Bakını tərk etməyə gərək yoxdur. 100 dollara, yəni 170 manata Bakıda İçərişəhərdə 50 nəfərə süfrə açmaq olar", deyərək paylaşdığı videoda fikirlərini ifadə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.