Şou-biznes

Nüşabənin qızının həyat yoldaşı ilə Misirdəki tətili - VİDEO - FOTO

25 İyul 2023 05:05
Baxış: 2 920
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Nüşabə Musayevanın qızı Elnarə həyat yoldaşı Oğuzhan Kaya ilə Misirə bal ayına yollanıb.

Milli.Az bizim media-ya istinadla xəbər verir ki, cütlük tətillərinə əyləncə qatıb, su canlılarını görmək üçün dalğıc formasını geyinərək Qırmızı dənizə baş vurublar.

Elnarə ilə Oğuzhan dənizin dərinliyində gördüklərini anbaan lentə alaraq sosial şəbəkə hesablarında izləyiciləri ilə bölüşüblər. Bundan başqa, aşiqlər dənizin üzündə romantik dəqiqələrini fotolara həkk ediblər.

Qeyd edək ki, bir neçə həftə əvvəl N.Musayeva qızına Bakıda möhtəşəm toy edib.

Ötən həftələrdə isə cütlüyün Türkiyənin Mersin şəhərində toy mərasimi baş tutub. Diqqət çəkən məqam isə məclisdə Nüşabənin qızı ilə kürəkəninin boynuna 100 dollarlıq əskinasları dolaması olub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.