Binəqədidə müəmmalı qazıntı: Aylardır işləri yekunlaşdırmayanlar kimlərdir? - Açıqlama
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xəbər verdiyimiz kimi, Binəqədi rayonu Biləcəri, Baksol və Binəqədi şossesinin kəsişməsində 4 aydır davam edən qazıntı işləri ərazidə yaşayan sakinləri narazı salıb.
Binəqədi sakinləri ötən həftə ölkə.az-a ünvanladığı şikayətdə hər gün yaranan tıxaclardan gileylənmişdi.
Sakinlər problemin nə vaxt həllini tapacağı - qazıntı və təmirin başa çatacağı vaxtı bilmək istədiklərini qeyd ediblər.
Dərslərin başlamasına sayılı günlər qaldığından və tıxacların daha da artacağı gözlənildiyindən sakinlər yoldakı təmir işlərin tez başa çatacağına ümid edir.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları üzrə Dövlət Agentliyindən (AAYDA) ölkə.Az-a bildirilib ki, ərazidə qazıntı işləri digər qurumlar tərəfindən aparılır. Agentlikdən qazıntı işlərinin kanalizasiya xətlərinin çəkilməsi ilə əlaqədar olduğu bildirilib.
İşlərin nə vaxt başa çatacağı ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə sorğumuza cavab olaraq işlərin adı çəkilən qurum tərəfindən aparılmadığı bildirilib. Qeyd edilib ki, bununla bağlı yüzlərlə müraciət daxil olsa da, ADSEA işlərin hansı qurum tərəfindən aparılmasından xəbərsizdir.
Binəqədi Rayon İcra Hakimiyyətinə də ünvanladığımız sorğuya cavab olaraq ərazidə kommunal xətlərin çəkilməsi üçün işlər getdiyi deyilsə də, hansı qurum və ya şirkət tərəfindən görülməsi barədə məlumatsız olduqları bildirilib.
Dövlət qurumlarından birindən əldə etdiyimiz məlumata görə, sözügedən ərazidə qazıntı işləri özəl Mənzil-Tikinti Kooperativləri (MTK) və podratçı şirkətlər tərəfindən aparılır və yaxınlıqdakı binalara kommunal xətlər çəkilir.
MTK-ya hansı qurumun icazə verməsi, işlərin konkret olaraq hansı MTK tərəfindən aparılması və nə zaman yekunlaşacağı barədə məlumat almaq mümkün olmayıb.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Şabalıd soyarkən çətinliyə son: Küçə satıcılarının gizli fəndı
-
İran ABŞ ilə danışıqlar üçün 7 günlük plan təklif edib - Əraqçi
-
Koronavirus yenidən yayılmağa başlayıb - (Video)
-
Qurban Bayramov vəfat etdi
-
Günün qoroskopu: Keçmişdə verdiyiniz bəzi qərarlar bu gün öz təsirini göstərəcək
-
Bərdədə ağır qəzada həlak olan iki dostun fotosu
-
Sabah Şəkidə qaz olmayacaq
-
Bütün sərnişinlərin öldüyü qəzanın səsyazısı yayıldı - (Video)
-
“Amay” Ticarət Mərkəzinin damı təhlükə saçır - (Video)
-
Dövlət Baxçalıya ağır itki üz verdi
-
Təyyarə havaya qalxmazdan əvvəl alovlandı - (Video)
-
Rusiyanın Zaporojyeyə hücumu nəticəsində 18 nəfər həlak olub
-
Nəvainin həbsdən sonra ilk görüntüsü - (Foto)
-
55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi - (Video)
-
Bəzi ərazilərdə işıq olmayacaq - Yenilənib
-
Əli Məmmədova vəzifə verildi
-
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
-
Azərbaycanda korrupsiyaya qarşı əməliyyat: Saxlanılan var
-
Holand Ronaldunu kölgədə qoydu
-
Çingiz Abdullayev: "Nailə xanımı 40 il əvvəl atam sevirdi, indi də mən sevirəm" - (Video)
-
Azərbaycançılıq milli gücün ideoloji əsaslarını təşkil edən dəyərlər sistemidir
-
Yamalın atası oğlunun əsl adını açıqladı
-
"Dikkat bebek var"ın aktyoru illər sonra - (Foto)
-
Azərbaycanlı karateçi Avropa birinciliyində gümüş medal qazanıb





