Ölkə

I Qarabağ müharibəsinin daha dörd itkin-şəhidinin qalıqları dəfn olunacaq - FOTO

11 Sentyabr 2025 10:55
Baxış: 442
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sabah Birinci Qarabağ müharibəsinin daha 4 itkin-şəhidi dəfn olunacaq.

Milli.Az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Qeyd edilib ki, hərbçi Vəliyev Murad Məlikməmməd oğlu Quba rayonu Nütəh kənd qəbiristanlığında, hərbçi Abdullayev Cəlal Xankişi oğlu Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsinin qəbiristanlığında, hərbçi Zərbəliyev Ayaz Əsgəralı oğlu Göyçay şəhəri, Şəhidlər xiyabanında, hərbçi Qayıbov Vəkil Möylan oğlu Qəbələ rayonu, Qəmərvan kənd qəbiristanlığında dəfn ediləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.