Ölkə

Müəllimlərin imtahanı ödənişli olacaq

11 Sentyabr 2025 11:17
Baxış: 482
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Müəllimlərin işə qəbulu ilə əlaqədar keçirilən müsabiqədə iştirak ödənişli olacaq. 

Milli.Az  xəbər verir ki, bununla bağlı nazir elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə danışıb:

"Qanun layihəsi Milli Məclisin Elm və təhsil komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.   

Dəyişikliklərə əsasən ödəniş ilk dəfə müsabiqədə iştirak edənlər, əlilliyi olan şəxslər, ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvləri, şəhid ailəsinin üzvləri və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə "Müharibə veteranı" adı almış şəxslərə münasibətdə nəzərdə tutulmayıb.

Layihənin qəbul edilməsi dövlət büdcəsinin qənaət olunmasına və müəllimlərin məsuliyyətinin artırılmasına xidmət edəcək".

Aysel Əkbər
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.