Xəbər verdiyimiz kimi, İzmirin Balçova rayonunda polis bölməsinə pompalı tüfəklə hücum edən 16 yaşlı E.B., 2 polis əməkdaşını şəhid edib, 2 nəfəri isə yaralamışdı. Hadisə zamanı E.B. yaralı olaraq saxlanılıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, araşdırmalar zamanı gəncin otağında tüfənglərin təmizlənməsi üçün setlər və müxtəlif kitablar tapılıb.
Belə anlaşılır ki, E.B. hücumdan əvvəl silahını həmin otaqda hazırlayıb və təmizləyib.
Hadisə anında evdə olan 85 yaşlı babası Hamza Bigül bildirib ki, nəvəsi çox sakit bir uşaq idi və belə bir hərəkət gözləmirdi. O, gəncin silahla maraqlandığını və tüfəngləri otaqda hazırladığını təsdiqləyib. Babası, həmçinin şehid olan polis əməkdaşlarına Allahdan rəhmət diləyib və nəvəsinin də yaralandığını qeyd edib.
Kənan
Milli.Az