Ölkə

Formulaya görə bağlanan küçələr bu saatlarda açıq olacaq

11 Sentyabr 2025 12:59
Baxış: 613
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq. 19-21 sentyabr tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2025 çərçivəsində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək.

Milli.Az xəbər verir ki, şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək.  Beləliklə, 15-17 sentyabr tarixlərində səhər saat 07:00-09:00 və axşam saat 18:00-20:00-da, 18 sentyabrda isə səhər 07:00-09:00 və axşam 20:00-22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq.

Giriş nöqtələri:

Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi

M. Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət

S. Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti

Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti

Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi

Çıxış nöqtələri:

Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall

İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti

Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall

Bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır.

Xatırladaq ki, Bakı Formula 1 üzrə nadir şəhər traslarından biridir ki, yarış həftəsində belə pik saatlarda yollar açılır. 2024-cü ildə isə yarışdan sonra Bakı rekord sürətlə əvvəlki ritminə qayıdıb və cəmi 16 saata qoruyucu baryerlərin 60%-i sökülərək ərazidən çıxarılıb və şəhər bir gün ərzində tam bərpa olunub.

Beləliklə, həm yarışın təşkili, həm də şəhər sakinlərinin gündəlik rahatlığı paralel şəkildə təmin edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.