Hadisə

Bakı aeroportunda ƏMƏLİYYAT: təyyarədə oğurluq edənlər saxlanıldı - FOTO

11 Sentyabr 2025 13:18
Baxış: 678
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Hava nəqliyyatından istifadə edərkən təyyarənin göyərtəsində olan sərnişinlərin əl yüklərindən oğurluq əməlləri etməkdə şübhəli bilinən şəxslər müəyyən olunublar. 

DİN mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əcnəbi vətəndaşlar - 45 yaşlı Van Hong və 43 yaşlı Zhou Longgen saxlanılıblar. 

Araşdırmalarla məlum olub ki, şübhəli şəxslər təyyarədə olan sərnişinlərin ani diqqətsizliyindən istifadə edərək onların pul və digər qiymətli əşyalarını gizli yolla talayıblar. Saxlanılan şəxslər çantalarda olan pulları əldə edəndən sonra şübhə oyatmamaq üçün onların yerinə qat-qat aşağı nominallı və müxtəlif ölkələrə məxsus pul vəsaitləri yerləşdiriblər ki, uçuş zamanı sərnişinlər bilməsinlər. 

Onların üzərindən iş üçün mühüm əhəmiyyət kəsb edən maddi və elektron sübutlar aşkarlanaq istintaqa təhvil verilib. 

Fakta görə başlayan cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.