Dünya

19 ay sonra atası ilə görüşdü - FOTO

11 Sentyabr 2025 12:29
Baxış: 394
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Şahzadə Harrinin Böyük Britaniya kralı III Çarlzla 19 ayda ilk şəxsi görüşü olub.

Milli.Az xəbər verir ki, bu barədə Britaniyanın "The Guardian" nəşri Bukinqem sarayının nümayəndəsinə istinadən məlumat yayıb.

Ata və oğul arasında görüş "Clarence House"da baş tutub. Görüş 54 dəqiqə davam edib.

Qeyd edilir ki, III Çarlz Londona xərçəngdən müalicə aldığı Aberdinşirdən sentyabrın 8-də, Şahzadə Harrinin Böyük Britaniyaya dörd günlük səfərinin son günündə gəlib. Xatırladaq ki, şahzadə Harri və həyat yoldaşı Meqan Marklın kral ailəsi ilə münasibətləri bir neçə il pozulub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.