Ölkə

Sabah 10 mindən çox abonentin qazı kəsiləcək

9 Sentyabr 2025 13:56
Baxış: 1 315
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Sabah Masallı rayonunun bir sıra kəndlərinin, ümumilikdə 10 300 abonentinin və 37 sənaye obyektinin qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Milli.Az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, buna səbəb Masallı rayonu ərazisində yerləşən sənaye və əhali  qaz xətlərində aşkar olunmuş qaz sızmalarının aradan qaldırılmasıdır.

Bu məqsədlə sentyabrın 10-da saat 10:00-dan işlər başa çatanadək Təklə, Əhmədli, Sığıncaq, Xoşçobanlı, Stansiya Masallı, Ləngan, Mollahəsənli, Həsənli, Hacıtəpə, Xırmandalı, Köçəkli, Ərəb, Təkdam, Məmmədxanlı, Xallı-Callı, Kürdəbaz, Qədirli, Qarğalıq, Eminli, Viləş, Yeddioymaq-1, Yeddioymaq-2, Şıxlar, Qasımlı, Qızılağac, Alışanlı, Bala Təklə və Səmidxan-1 kəndlərinin qaz təchizatı dayandırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.