ABŞ Prezidenti Donald Tramp, Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Polşanın hava məkanını pozması və vurulmasına dair ilk açıqlamasını verib.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Tramp çıxışında Rusiyanın hərəkətlərini sərt tənqid edərək belə deyib:
"Rusiyanın Polşa hava məkanını dronlarla pozması nə deməkdir? Elə isə, başlayırıq".
Onun bu sözləri Avropa və NATO ölkələrində ciddi narahatlıq yaradıb.
Polşa hakimiyyəti, Rusiyanın Ukraynaya hücumları zamanı dəfələrlə hava məkanını pozan bəzi pilotsuz aparatları vurduğunu açıqlayıb. Bunun ardınca NATO-nun hava müdafiə sistemləri də aktivləşdirilib. Varşava bu hadisəni birbaşa hücum aktı kimi qiymətləndirərək münaqişəyə ilk dəfə açıq müdaxilə etmiş oldu.
Rusiya Müdafiə Nazirliyi isə gecə boyu Ukraynaya qarşı həyata keçirilən hücumlar zamanı Rusiyaya məxsus PUA-ların Polşanı hədəf almadığını bəyan edib.
Lalə Qüdrətova
Milli.Az