Amerika

"Morfindən 100 dəfə güclü narkotikdən istifadə etmişəm"

11 Sentyabr 2025 11:50
Baxış: 835
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Ağır çəkidə keçmiş mütləq dünya çempionu Mayk Tayson karyerası ərzində fentanildən istifadə etdiyini etiraf edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, əfsanəvi boksçu bu açıqlamanı Keti Millerin podkastında verib.

"Bu, ağrıkəsici idi və mən onu ayağımın baş barmağındakı problem üçün istifadə edirdim. Təsiri heroinə bənzəyirdi. Hətta istifadə zamanı heroin qəbulunda olduğu kimi qusmağa başlayırdım", - deyə Tayson bildirib.

Qeyd edək ki, fentanil güclü sintetik opioiddir. ABŞ Qida və Dərman İdarəsi (FDA) bu preparatın yalnız həkim nəzarəti altında istifadəsinə icazə verir. Tibbi nəzarət olmadan istifadəsi isə ölümcül nəticələrə səbəb ola bilər.

"New York Post"un məlumatına görə, fentanil morfindən 100 dəfə, heroindən isə 50 dəfə daha güclüdür.

Xatırladaq ki, 59 yaşlı Tayson peşəkar karyerasını 2005-ci ildə başa vurub. Onun aktivində 59 döyüş, 50 qələbə və 7 məğlubiyyət var.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.