Ölkə

Su qıtlığının qarşısını almaq mümkün olmayacaq - Sədr təhlükənin yaxınlaşdığını bildirdi

11 Sentyabr 2025 11:01
Baxış: 543
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Dünyadakı su ehtiyatlarının yalnız 4 faizini insanlar normal istifadə edə bilərlər.

Milli.Az xəbər verir ki, bunu Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Bakıda keçirilən 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransının - "Baku Water Week"in (Bakı Su Həftəsi) ikinci gününün açılış mərasimində deyib.

O bildirib ki, suyun insanların xeyrinə istifadə oluna biləcək miqdarı çox azdır: "Su qıtlığının qarşısını anbar, kanal, boru tikməklə almaq qeyri-mümkün olacaq.

Bundan başqa, əhalinin sayı artıb. Suya olan tələbat həddindən artıq çoxalıb. Sənayeləşmə, urbanizasiya kimi amillər də su qıtlığına səbəb olar. Çünki suya olan neqativ təsirlər də öz mənfi effektini göstərir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.