Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib ki, Tbilisi Vaşinqtonla strateji tərəfdaşlığın bərpasına hazırdır və ABŞ administrasiyasının qərarını gözləyir.
Milli.Az xəbər verir ki, Kobaxidze Gürcüstanla ABŞ arasında münasibətlərin ağır kontekstdə olduğunu və bu vəziyyətin əvvəlki prezident Co Bayden administrasiyası dövründə yarandığını qeyd edib.
O, Gürcüstanın strateji tərəfdaşlığı "təmiz vərəq"dən bərpa etməyə hazır olduğunu və bunun üçün konkret yol xəritəsinin olduğunu vurğulayıb. Baş nazir ABŞ administrasiyasının qərarını səbrlə gözlədiklərini bildirib.
Gürcüstanın ABŞ-la münasibətləri 2024-cü ildə ölkədə qəbul edilən "xarici agentlər" haqqında qanundan sonra kəskin pisləşib. Kobaxidzenin 2023-cü ilin 28 noyabrında Avropa İttifaqına üzvlük danışıqlarının dondurulması barədə açıqlamasından sonra ABŞ Dövlət Departamenti Gürcüstanla strateji tərəfdaşlığı müvəqqəti dayandırıb. Gürcüstan hakimiyyəti ABŞ-da hakimiyyət dəyişikliyi və münasibətlərin yenidən qurulması ümidini əvvəldən dəfələrlə ifadə edib.
Ayxan
Milli.Az





