İran

Müharibədə ölən iranlıların sayı açıqlanıb

26 Mart 2026 23:45
Baxış: 414
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranda ABŞ-İsrail hücumlarında ölənlərin sayı 1937-yə çatıb.

Milli.Az xəbər verir ki, bunu İranın səhiyyə nazirinin müavini Əli Cəfəriyan mətbuatda açıqlamasında bildirib.

"ABŞ-İsrail hücumlarında 212 uşaq və 240 qadın da daxil olmaqla, 1937 nəfər həyatını itirib. Təxminən 4000 qadın və 1621 uşaq da daxil olmaqla, 24800-dən çox iranlı yaralanıb", - Cəfəriyan qeyd edib.

Qeyd edək ki, ABŞ, İsrail və İran arasında fevralın 28-dən bu yana müharibə gedir. ABŞ-İsrail hücumlarında İranın keçmiş Ali Lideri Əli Xamenei və çoxsaylı yüksəkvəzifəli şəxslər öldürülüb. ("Qafqazinfo")

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.