9 il və 139 cəhddən sonra sürücülük imtahanından keçdi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Polşanın Tarnuv şəhərində bir yerli sakin israrı ilə diqqət çəkib: o, 9 il ərzində uğursuz cəhdlərdən sonra yalnız 139-cu dəfə sürücülük üzrə nəzəri imtahandan keçə bilib.
Milli.Az xarici KİV-ə istinadla bildirir ki, Polşada, digər Avropa ölkələrinin əksəriyyətində olduğu kimi, namizədlər əvvəlcə kompüter əsaslı nəzəri testi keçməli, yalnız bundan sonra praktiki imtahana buraxılırlar. Adətən uğur qazanmaq üçün 1-3 cəhd kifayət edir, lakin bu hadisə istisna hal kimi qiymətləndirilir.
Qeyri-adi hadisə barədə yerli yol hərəkəti mərkəzi məlumat yayıb. Onların bildirdiyinə görə, həmin şəxs 2017-ci ildən etibarən imtahan verməyə çalışıb və imtahan rüsumlarına təxminən 1800 avro xərcləyib.
Mərkəzin direktoru Pavel Gurgul namizədin israrını vurğulayaraq deyib: "Bu insan təslim olmadı və imtahanı verməyə davam etdi. Bu isə sürücülük vəsiqəsinin onun üçün nə qədər vacib olduğunu göstərir".
Pavel Gurgulun sözlərinə görə, çoxsaylı uğursuzluqların əsas səbəbi yanlış hazırlıq olub.
"О testlərin demo versiyasından istifadə edirdi və bu versiya bütün mümkün sualları əhatə etmirdi", - deyə o izah edib.
Tam versiyaya keçdikdən sonra vəziyyət dəyişməyə başlayıb: "O, getdikcə daha az bal itirirdi və nəhayət imtahandan keçə bildi", - deyə direktor əlavə edib.
Hazırda həmin şəxs növbəti mərhələyə - praktiki imtahana hazırlaşır. Əgər bu mərhələni keçə bilməsə, nəzəri imtahanı yenidən verməli olacaq.
Bütün bu qədər çox cəhdə baxmayaraq, bu hadisə rekord sayılmır. Polşa KİV-ləri Pyotrkuv Trybunalski şəhərindən olan bir sürücünün 17 il ərzində nəzəri imtahanı 163 dəfə verdiyini də xəbər vermişdi. (Lent.az)
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
İranda zəlzələ oldu
-
ABŞ-da seçki həyəcanı: Trampın partiyasını nə gözləyir?
-
Dünyaca məşhur türk fenomen xəstəxanada əlil arabasında görüntüləndi - (Foto)
-
ABŞ-də təyyarə qəzası - sərnişinlərin hamısı öldü
-
Fransada iğtişaşlarda 200-dən çox insan yaralanıb, 779 nəfər saxlanılıb
-
Rusiyalı zənginlərin sərvəti 28 milyard dollar azaldı
XƏBƏR LENTİ
-
Keçən il 3 manat idi - Qiyməti kəskin düşdü
-
Saatda 15 meteor görünəcək - Tarix və saat açıqlandı
-
Azərbaycanla bağlı dezinformasiya yayılır - Media və Yayım Şurasından xəbərdarlıq
-
"Araz Supermarket" barədə protokol tərtib olunub
-
“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
-
Bakıda piyadalar üçün yenilik - İki küçədə hərəkət qaydası dəyişdi
-
Efirə zəng edən qadının sözləri Elgizi özündən çıxardı - (Video)
-
200 min manatlıq rüşvət işi məhkəməyə göndərildi - 3 vəzifəli şəxs həbs edildi
-
60 santimetr uşaq saç 300 manata satılır: Pul qazanmaq, yoxsa istismar?
-
Pərvin Abıyeva: "Övlad sahibi olacağam, amma mənə kişi lazım deyil" - (Video)
-
GEROPHARM Azərbaycanda şəkərli diabet və piylənmənin müalicəsini daha əlçatan edir - (Foto)
-
Sərhədçilərimizə atəş açan şəxs zərərsizləşdirildi - (Foto)
-
Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?
-
Noyabrın 6-dan qüvvəyə minir: Kombi və qaz plitələri ilə bağlı nə dəyişəcək?
-
Çimnaz Sultanovanın əsl ölüm səbəbi bu imiş
-
İranda zəlzələ oldu
-
Makqreqor qərarını açıqladı: “Sonuncu olacaq”
-
11 aylıq müddətin 2 ayı keçdi: Metro tunellərində son vəziyyət necədir?
-
ABŞ-da seçki həyəcanı: Trampın partiyasını nə gözləyir?
-
“Brent” ucuzlaşdı
-
Dünyaca məşhur türk fenomen xəstəxanada əlil arabasında görüntüləndi - (Foto)
-
Arda Güler “Real Madrid” əfsanələrini geridə qoydu - (Foto)
-
"Sumqayıt" – "Şəfa" matçı ilə X tura yekun vurulacaq
-
Noyabrda 11 gün iş olmayacaq - Tarixlər





