Sürücüləri çətinə salan yol nişanı - 60 - 80 - 60 km/saat sürət həddi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qala-Pirallahı yolundan ilk dəfə istifadə edən sürücülərə ehtiyatlı olmaları tövsiyə olunur.
Milli.Az-ın məlumatına görə, yolun üzərində quraşdırılan sürət nişanları sürücülər üçün çaşdırıcı vəziyyət yaradır.
Sürücülərin bildirdiyinə görə, yolun üzərində radara təxminən 200 metr qalmış, yolun kənarında, əsas yoldan təxminən 10 metr aralıda 60 km/saat sürət həddini göstərən nişan quraşdırılıb. Bu nişan dirək üzərində deyil, yol kənarında yerləşdirilib və xüsusilə gecə saatlarında görünmür.
Nəticədə sürücülər yolu 90 km/saat sürət həddi olan yol kimi davam etdirir və yalnız radara yaxınlaşanda sürətin 60-a endirildiyini göstərən nişan yerləşdirilib. Bu isə əyləci vaxtında basmağa imkan vermir və sürücülər cərimə riski ilə üz-üzə qalır.
Bildirilir ki, sürət 60 km/saat-a endirildikdən sonra yol müəyyən məsafədən sonra 80 km/saat sürətə icazə verir. Lakin təxminən 50 metr sonra yenidən 60 km/saat sürət həddi nişanı yerləşdirilib.
Sürücülərin ehtimalına görə, ikinci 60 km/saat məhdudiyyəti yaxınlıqda yerləşən dəmir yolu xətti ilə əlaqədar ola bilər. Lakin sürücülər 80 km/saat nişanının hansı səbəbdən quraşdırıldığını anlaya bilmədiklərini söyləyirlər.
Milli.Az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məsələyə münasibət bildirilib.
Nəzərə çatdırılıb ki, yol sahəsində hərəkət sürəti tətbiq edilən zaman piyadaların və yaşayış sahəsindən çıxan nəqliyyat vasitələrinin təhlükəsizlik səviyyəsinin artırılması nəzərə alınıb.
Qeyd olunub ki, təhlükəsizlik məqsədilə sürət həddi saatda 60 km-ə endirilib. Qanunvericiliyə uyğun olaraq sürət nişanları yolun sağ tərəfində təkrarlanaraq quraşdırılıb:
"Əraziyə baxış keçiriləcək, çatışmazlıq olduğu təqdirdə problem aradan qaldırılacaq".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
Dövlət xidməti yeni internet tariflərini təsdiqlədi - Siyahı
-
Şagirdlərin “mygov”da qeydiyyata alınması müzakirə yaratdı - Rəsmi cavab
XƏBƏR LENTİ
-
"Azərbaycanda bunları ilk dəfə mən etmişəm" - Abbas Bağırov
-
Arıqlama iynələri tez qocaldır
-
Avropada ən ucuz ərzaq məhsulları haradadır?
-
“Sabah” “Vikinq”ə məğlub oldu - Çempionlar Liqası
-
Milyon dollarlıq avtomobillər səhranın ortasında çürüyür - (Foto)
-
Şokolad və ya qəhvə deyil: Depresiyadan çıxaran qida bəlli oldu
-
Oğrular evə girəndə ilk bu 5 yerə baxırlar
-
Günün qoroskopu: Dünyanızı alt-üst edəcək bir şey baş verəcək
-
Ceyran Qəhrəmanovaya vəzifə verildi
-
Çempionlar Liqası: “Fənərbaxça” “Liverpul”u məğlub edib
-
Burakın serialının anonsu silindi - (Foto)
-
Masallıda itkin düşən yeniyetmə polis tərəfindən tapılıb - Yenilənib - (Foto)
-
Vinisius göz yaşlarını saxlaya bilmədi
-
Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram - Rəcəb Tayyib Ərdoğan
-
Bir sıra sosial ödənişlərin məbləği artırılır - (Video)
-
Azərbaycan gimnastları dünya çempionatına uğurlu start veriblər - (Foto)
-
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər - (Foto)
-
Beyləqan xəstəxanasına yeni direktor təyin edildi
-
Azərbaycanda 64 yaşlı iş adamının meyiti tapıldı
-
Qaradağda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
-
Daha bir universitetdə hüquq və tibb ixtisasları açılacaq
-
"Hürrəm" ilk dəfə Bakıda - (Video)
-
Qələmzər Tağıyevaya vəzifə verildi
-
Fonseka klubdan ayrılır





