Hadisə

22 yaşlı qızın qaçırılmasına görə bacısı və oğlanın anası saxlanıldı

11 Sentyabr 2025 11:04
Baxış: 495
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Zərdab rayonunda 22 yaşlı qızın oğurlanması hadisəsi ilə əlaqəli daha 3 nəfər polis tərəfindən saxlanılıb.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, əməliyyat nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İzzət Rəhmanoğlunun 1996-cı il təvəllüdlü qardaşı İsmət Rəhmanoğlu və onun 1968-ci il təvəllüdlü anası da saxlanılıb.

Qaçırılma zamanı qızın 1990-cı il təvəllüdlü bacısının da qarşı tərəfə yardım etdiyi müəyyənləşib. Keçirilən əməliyyat tədbirləri nəticəsində qaçırılan qızın bacısı da saxlanılıb. Hər üç şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.