“Paket‑kupça” yalanı - Ev alarkən aldanmayın
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Sosial şəbəkələrdə paylaşılan daşınmaz əmlak elanlarında tez-tez "paket‑kupça" ifadəsinə rast gəlinir. Bu termin vasitəçilər tərəfindən evin guya sənədlərinin qaydasında olduğu kimi təqdim edilsə də, hüquqi baxımdan mülkiyyət hüququnu təsdiqləmir.
Milli.Az xəbər verir ki, daşınmaz əmlak üzrə mütəxəssis Ramil Osmanlı bildirib ki, bir şəxsin ev üçün ödəniş etməsi onun avtomatik olaraq həmin əmlakın sahibi olması anlamına gəlmir.
Onun sözlərinə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququ yalnız dövlət qeydiyyatından keçmiş çıxarışla təsdiqlənir və bu sənəd xalq arasında "kupça" kimi tanınır.
Ekspert qeyd edib ki, elanlarda "paket‑kupça" adı altında təqdim olunan sənədlər adətən bələdiyyə arayışı, evin eskiz və ya plan sənədi, texniki pasport, kommunal ödəniş qəbzləri, etibarnamə və bəzi hallarda özəl şirkətlərin verdiyi qiymətləndirmə rəylərindən ibarət olur. Lakin bu sənədlərin heç biri, nə tək‑tək, nə də bir yerdə, mülkiyyət hüququ yaratmır:
"Çıxarış olmayan evlərin alqı‑satqısı notariat qaydasında rəsmiləşdirilmir və bu cür əməliyyatlar qanunvericiliyə zidd hesab olunur. Məhz çıxarış vasitəsilə əmlakın girovda olub‑olmaması, daha əvvəl başqa şəxsə satılıb‑satılmaması və ya hər hansı hüquqi məhdudiyyətin mövcudluğu müəyyənləşdirilir".
Mütəxəssislər xəbərdarlıq edirlər ki, "paket‑kupça" ilə ev alan şəxslər sonradan ciddi hüquqi və maddi problemlərlə üzləşə bilərlər. Daşınmaz əmlak alışı böyük maliyyə məsuliyyəti daşıdığından, vətəndaşlara çıxarışsız evlərin alqı‑satqısından çəkinmək tövsiyə olunur.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Ermənistanın Azərbaycana qarşı mina müharibəsi Romada fotofaktlarla nümayiş etdirilib
-
Meteohəssas insanların diqqətinə
-
Bəzi rayonlarda yollarda görünüş məsafəsi məhdudlaşacaq
-
Belarus Milli Kitabxanasının binası Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb
XƏBƏR LENTİ
-
Bu həftə üç bürc üçün göydən pul yağacaq
-
D vitaminini hansı qidadan almaq olar?
-
Ət yemək 100 yaşa qədər yaşamaq şansınızı artıra bilər
-
Adambaşına menyu qiymətinə aldanmayın – Şadlıq saraylarında xərc artıran gizli detallar - (Video)
-
Bürclər ilk görüşdə özlərini necə aparır?
-
“Hər həftə bir ev alırdım“ - Mehmet Ali Erbil
-
Zibilə atmadan əvvəl iki dəfə düşünün - üzüm saplağındakı xəzinə
-
“Yalı çapkını”nın aktrisası Bakıda toyda - (Foto)
-
“Hesab gələndə hər yeməyin qiyməti 2 dəfə baha idi” - (Video)
-
Günün qoroskopu: Sənədləşmə işlərində ehtiyatlı olun
-
İsraildən uçan təyyarədə bomba həyəcanı - təcili eniş etdi
-
Arda Gülerdən möhtəşəm qol - (Video)
-
“Mercan Köşk” bu səbəbdən final etdi
-
Tramp İsrail xalqına müraciət etdi
-
Nizami rayonunda 2 gün su olmayacaq
-
Badamdar-"20-ci sahə" yolunda quraşdırılan nişan sürücülərdə narazılıq yaratdı - (Video)
-
Almaniyada İran agentlərinin ifşası: Azərbaycan himni altında növbəti təxribat - (Video)
-
Çempionlar Liqası matçını buraxacaqlar
-
Türkiyədə konsert faciəsi - Ölənlər var
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
-
“Belə atmosferdə oynamaq çətindir” - Rəşad Sadıqov
-
Azərbaycan gimnastları Dünya kuboku seriyalarının qalibi olublar - (Foto)
-
Biləsuvarda ağır qəzanın səbəbi arılar olub
-
Sahibə Qafarova Qırğız Respublikasına səfərə gəlib - (Foto)





