Cəmiyyət

“Həm qızım, həm də oğlumsan...” - VİDEO - FOTO

3 Fevral 2026 23:52
Baxış: 609
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bir neçə gün öncə Vətən müharibəsində Şuşanın azadlığı uğrunda canından keçən şəhid, DİN-in Daxili Qoşunlarının kiçik çavuşu Mikayıl Mikayılzadənin yeganə övladının kiçik toy mərasimi baş tutub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, məclisdə şəhid atasının gəlininə hədiyyə təqdim etdiyi anlar sosial şəbəkələrdə hər kəsi təsirləndirib.

Gəlinini öz doğma övladı kimi bağrına basan şəhid atası çıxışı zamanı gözyaşlarını saxlaya bilməyib:

"Mənim bir qızım yox, iki qızım var. Sən həm də mənim oğlumsan. Balaca da olsa, sənə hədiyyə almışam. İstədiyin, bəyəndiyindir..." 

Xatırladaq ki, Mikayıl Mikayılzadə 1992-ci ildə Beyləqan rayonunda anadan olub. 7 noyabr 2020-ci ildə Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olan qəhrəmanımız Vətən müharibəsi zamanı göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra "Cəsur döyüşçü" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.