Ağ Ev: "İran PUA-sını vurmaqla lazım olanı etdik"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
3 fevral 2026-cı il tarixində Umman dənizində İranın pilotsuz uçuş aparatının (PUA) ABŞ tərəfindən vurulmasından sonra rəsmi Vaşinqtondan ilk açıqlama gəlib. Ağ Ev bu addımın gəmini və personalı qorumaq üçün atıldığını bəyan edib.
Milli.Az xəbər verir ki, hadisə Umman dənizində (Ərəb dənizi), İran sahillərindən təxminən 800 km uzaqlıqda, beynəlxalq sularda baş verib. ABŞ-nin USS Abraham Lincoln təyyarədaşıyan gəmisinə doğru aqressiv və təhlükəli manevrlər edən İranın Shahed-139 tipli PUA-sı ABŞ-ın F-35C qırıcı təyyarəsi tərəfindən vurularaq dənizə salınıb.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sözçüsü Tim Hokins bildirib ki, İran PUA-sı gəmiyə doğru "lazımsız və aqressiv" şəkildə yaxınlaşdığı üçün hərbi protokol tətbiq olunub. PUA-nın vurulması "meşru müdafiə" (özünü müdafiə) çərçivəsində qiymətləndirilib.
Gərginliyə baxmayaraq, Ağ Evin sözçüsü Karoline Livit qeyd edib ki, bu hadisə İranla aparılan siyasi danışıqlara mane olmayacaq. O, "İranla görüşmələr planlaşdırıldığı kimi davam edir" deyərək, hərbi insidentin diplomatik masanı devirmədiyinə işarə edib.
CENTCOM rəsmiləri İranın dənizdəki təxribatlarına və hədələrinə dözüm nümayiş etdirməyəcəklərini, beynəlxalq sularda hərəkət edən gəmilərin təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcəklərini vurğulayıblar.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Tramp İsrail xalqına müraciət etdi
-
Tramp: Benzinin qiyməti daha da ucuzlaşacaq
-
Tramp Məhəmməd adı ilə zarafat etdi
-
ABŞ İrana qarşı sanksiyaları genişləndirib
-
Trampdan Husi hücumlarına sərt reaksiya: "Seçkilərdən sonra da buradayam və bunu unutmayacağam"
XƏBƏR LENTİ
-
Bakının 3 rayonunda işıq olmayacaq
-
Banandan 3 dəfə çox kalium ehtiva edir: Gündə bir ovuc yemək kifayətdir
-
Mobil telefonlar da POS-terminal kimi istifadə olunacaq - (Video)
-
Üç bürc çox yaxşı dəyişikliklərə hazır olsun
-
Yaddaşı gücləndirməyin ən asan yolu tapıldı
-
İşə qəbul olunmaq istəyənlər bunu mütləq etsin – 7 vacib addım
-
Dünyanın ən sürətlə böyüyən şəhərləri açıqlandı - Siyahı
-
“Onlara ağsaqqal, ağbirçək demək olmur“ - Nüşabə Ələsgərli
-
PSJ "Barselona"ya qalib gəldi, "Liverpul" və "Mançester Siti"dən qələbə
-
Anadolu mətbəxindən "Sömelek" Küftəsi resepti
-
Makiyajsız kamera qarşısına keçdi - (Foto)
-
Sadəcə qoxulamaq bəs edir: Miqreni bıçaq kimi kəsir
-
Banklara kibertəhlükələr barədə məlumat verilib - (Video)
-
Günün qoroskopu: Bu gün taleyin rolu böyük olacaq
-
Uitkoff Putinə Tramp və Zelenski ilə birbaşa danışıqlar təklif edəcək
-
Seru Girassi “Sabah” - “Borussiya” matçının ən yaxşısı seçildi
-
Niko Kovaç: "Rəqib komandalar "Sabah"la oyunda çətinliklərlə üzləşəcəklər"
-
Valdas Dambrauskas: "Futbolçularımla fəxr edirəm"
-
Serialdakı Arda illər sonra - (Foto)
-
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib - (Foto)
-
Bakıda binada yanğın olub, sakinlər təxliyə edilib - (Foto)
-
Məktəbin ərazisi tikanli məftillərlə çəpərlənib - (Video)
-
Bakıda iki nəfəri əqrəb sancdı
-
Azərbaycanda balıq bahalaşdı - Qiymət





