Rusiya

Medvedev Rusiyanın qələbəsini elan etdi

1 Fevral 2026 22:18
Baxış: 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Xüsusi hərbi əməliyyat (SVO) çərçivəsində əldə etdiyimiz hərbi üstünlük artıq Rusiyanın qələbəsinə imkan yaradır".

Milli.Az Globalinfo.az-a istinadən xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, mövcud vəziyyət baş verən proseslərdən konkret nəticələr çıxarmağa imkan verir.

Sədr müavini qeyd edib ki, xüsusi hərbi əməliyyatın məqsədləri ilkin olaraq Rusiya Prezidenti Vladimir Putin tərəfindən müəyyənləşdirilib və həmin hədəflər indiyədək faktiki olaraq dəyişməz qalıb.

Daha əvvəl, ABŞ Dəniz Piyadaları Korpusunun keçmiş kəşfiyyat zabiti Skott Ritter də açıqlamasında Ukraynanın Rusiya ilə münaqişədə sonda təslim olmağa məcbur qalacağını iddia edib. Onun fikrincə, Rusiyanın hücum əməliyyatlarının miqyası və intensivliyi o qədər genişdir ki, NATO ölkələri və ABŞ daxil olmaqla bu prosesi dayandırmaq mümkün deyil.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.