Şou-biznes

"Dizini yerə atıb evlilik təklifi etdi"

15 İyul 2023 23:02
Baxış: 1 297
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Xaricdə biz başqa bir diqqət görürürük: Maşına hücum edənlər, dizini yerə atıb evlilik təklif edənlər... O vaxt hiss etmirdim, indi yadıma düşəndə görürəm. Mahnını qışqırıb mənimlə oxuyurdular. Polşada partiyə qatılmışdım, orada "Avroviziya" iştirakçıları arasında "Ən yaxşı artist" seçilmişdim. Hamı yaxınlaşıb şəkil çəkdirir, qışqırırlar. Ulduz xəstəsi olmaq qədər bunlar kifayətdir. Ona görə də bizim "Avroviziya" iştirakçıları gələndə depressiyaya düşürlər".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri "Avroviziya" təmsilçilərimizdən olan Nadir Rüstəmli "Sözbaz" verilişində deyib. Müğənni yarışmada yaşadıqlarından danışıb. O, İtaliyada olduğu zaman evlilik təkifi aldığını da gizlətməyib. 

Şəxsi həyatı ilə bağlı suallara Nadir "Sevgilim işimdir. Qız sevgilim yoxdur. Gitaram sevgilimdir. Adını Bella qoymuşam" cavabını verib.

Ailəsi haqda danışan müğənni atasının tanınmış həkim olduğunu bildirib:

"Əmim professordur, dekan olub. Atam məşhur həkim, nevropotoloqdur. Bizim nəsildə hamı həkimdir".  


Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.