Şou-biznes

Raci Şaşmaz bu azərbaycanlı kriminal avtoritetə aid film çəkir - FOTO

11 İyul 2023 09:42
Baxış: 3 517
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin vaxtilə ən baxımlı seriallarından olan "Kurtlar vadisi" serialının ssenaristi Bahadır Özdener, Raci Şaşmaz və serialın məsləhətçisi Soner Yalçın bir araya gəlib.

Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, bu barədə türkiyəli jurnalist Sina Koloğlu açıqlama verib. O bildirib ki, tərəflər mafiya hadisələrindən bəhs edən yeni serial çəkmək istəyirlər.

Məlumata görə, müzakirələri davam edən serialın sujet xətti İstanbulda mafiya liderləri arasında baş verən qarşıdurmalar əsasında qurulacaq. Jurnalist son dövrlər İstanbulda bir neçə mafiya liderinin öldürülməsini misal gətirib.

Türkiyəli jurnalistin sözlərinə görə, İstanbulda öldürülən serb mafiya lideri Vukotiç, azərbaycanlı mafiya lideri Elnur Qasımov və digər mafiya liderləri ilə bağlı hadisələr çəkilməsi nəzərdə tutulan serialın sujet xətti olacaq.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.