Şou-biznes

Şeron Stoundan Kim Kardaşyana: “Beyin əməliyyatı da kifayət etməz”

29 Aprel 2023 16:58
Baxış: 1 370
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Hollivud ulduzu Şeron Stoun Kim Kardaşyanın "American Horror Story" serialının 12-ci mövsümündə baş rola çəkilməsini kəskin tənqid edib.

O, erməni modelin bədənini mükəmməlləşdirmək üçün elətdirdiyi müxtəlif əməliyyatlara işarə vuraraq, aktyorluq və istedad məsələsində bunun keçərli olmadığını, hətta "beyinə cərrahi müdaxilənin" də kömək etməyəcəyini deyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "Qızıl Qlobus" laureatı olan amerikalı ulduz öz peşəsində uğur qazanmaq üçün uzun illər təhsil aldığını xatırladıb.

"Bilirsiniz, aktyorluq... Bunun üçün beyin əməliyyatı da kifayət deyil, çünki biz sənətimizə çox dəyər veririk. Öyrəndik, əziyyət çəkdik, həqiqətən də, buna əhəmiyyət veririk. 10 min saat - bu az deyil", - deyə Şeron Stoun əlavə edib.

Qeyd edək ki, layihə bu yay ekranlara gələcək. Lakin aktyorluq təhsili və istedadı olmayan Kardaşyanın orada rol alması serialın fanatları və bir çox Hollivud ulduzu tərəfindən tənqidlə qarşılanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.