Şou-biznes

22 yaşlı reper həbsxanada qətlə yetirildi

27 Aprel 2023 20:00
Baxış: 985
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

22 yaşlı amerikalı reper MoneySign Suede həbsxanada qətlə yetirilib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, reperin cəsədi Kaliforniyadakı həbsxanada işçilər tərəfindən aşkarlanıb. Onun boyun nahiyəsindən bıçaqlandığı bildirilib.

Polis hazırda faktlarla bağlı araşdırma aparır.

Qeyd edək ki, MoneySign keçən ilin dekabrında qanunsuz silah saxlama ittihamı ilə 32 ay müddətinə həbs olunmuşdu.

Reper 2022-ci ildə "Parkside Baby" adlı musiqi albomunu təqdim etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.