Şou-biznes

Ayan 6 SAATLIQ ƏMƏLİYYATDAN sonra - VİDEO

6 Mart 2023 11:35
Baxış: 3 420
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Müğənni Ayan Babakişiyeva plastik əməliyyat etdirib.

Bu haqda sənətçi "MTV maqazin" verilişinə müsahibəsində deyib.

Sənətçi bildirib ki, etdirdiyi cərrahi müdaxilə nə az nə çox, düz  6 saat davam edib:

"Bir neçə estetik əməliyyatlar keçirdim. Özümü yaxşı hiss edirəm. Beş-altı saat əməliyyatda qaldım. Elə əməliyyatlarım olub ki, onlar yeddi-səkkiz saat çəkib. Bu əməliyyatlardan sonra beş-altı il sakit yerimdə oturacağam. Özümü əməliyyatlardan əvvəl ağır hiss edirdim. Çünki ağrılarım çox idi.

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı bizim.media-nın əməkdaşı Ayan Babakişiyeva ilə əlaqə saxlayıb.

Sənətçi bildirib ki, əməliyyatı fevralın birində gerçəkləşib:

"Əməliyyatlarım şükürlər olsun ki, çox uğurlu alındı. Uğurlu ona görə alınıb ki, çox cüzi yəni hiss edilməyəcək dərəcədə kiçik toxunuşlarla korreksiya olunub. Göz nahiyyəmi dartdırdım (endoskopik üz gərmə - red.), buxağımda və bədənimdə liposaksiya əməliyyatı keçirdim. Artıq keçirdiyim əməliyyatların uğurlu nəticəsini görürəm".

Qeyd edək ki, müğənni illər əvvəl burnunda "rinoplastika" və bədənində "liposaksiya" əməliyyatı keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.