Şou-biznes

“Niyə kişi hər istədiyini edəndə fahişə olmur?!”

3 Mart 2023 23:46
Baxış: 2 868
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qadınlara qarşı bu münasibət nə vaxt dəyişəcək? Niyə kişilər hər istədiyini edəndə fahişə olmur, qadının kiminləsə münasibəti olanda, şəkilləri yayılanda həyatı məhv olur?".

Milli.Az bildirir ki, bu sözləri sosial şəbəkə hesabında müğənni Nura Suri paylaşıb. O həm də qeyd edib:

"Bu, nə düşüncədir? Nə vaxta kimi qadınlar susacaq, başını aşağı salacaq, istəklərin deməkdən çəkinəcək? Kişilər özlərini qadınlardan üstün hesab edəcək, qadınlar bəyənilmək üçün dəridən qabıqdan çıxacaq, yaşlananda qadınları gənclərlə əvəzləyəcək qoca kişilər? Nə vaxtacan ǝrdə olmaq prioritet hesab olunacaq?

Nə vaxta kimi qadınları beldən aşağı, namus və qeyrətlə əzəcəklər? Belə cəmiyyət kimə xeyir gətirir? Hamı kompleksli, hamı travmalı, psixiatrik xəstəxanadayıq sanki. İnsanlar o qədər cılızlaşır ki...".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.