Şou-biznes

Azərbaycanlı bloqerdən izləyicisinə 30 milyonluq hədiyyə - VİDEO

3 Mart 2023 15:19
Baxış: 2 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı video bloqer və iş adamı Hüseyn Həsənov daha bir ilkə imza atıb.

Milli.Az bizim media-ya istinadən xəbər verir ki, bloqer 23,8 milyon "Instagram" hesabında izləyiciləri ilə arasında növbəti yarış marafonuna start verib. 

Hüseyn bildirib ki, yarışda qalib gələn bir izləyicisinə qiyməti 30 milyon rubl (təxminən 675 min manat) olan qırmızı rəngdə, lüks "Lamborghini Urus" avtomobilini hədiyyə verəcək.

Bunun üçün isə Həsənovun "Instagram"səhifəsi və onun izlədiyi 10 dostuna abunə olmaq lazımdır. Yeddi gündən sonra qalibin adı açıqlanaq və sözügedən nəqliyyat vasitəsi ona hədiyyə olunacaq.

Bununla yanaşı yarışma marafonu çərçivəsində Hüseyn daha 10 qalib seçəcək və onların hərəsinə bir ədəd qızılı rəngdə "İphone 14 Pro" markalı telefon hədiyyə verəcək. İndiyə kimi keçirdiyi ən bahalı yarışmanın da şəffaf və dürüst olacağına söz verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.