Şou-biznes

“Bu nə özbaşınalıqdır?” - VİDEO

27 Fevral 2023 17:33
Baxış: 1 715
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Aktrisa Oksana Rəsulova maşınına hücum olan müğənni Nigar Camala dəstək çıxıb.

Milli.Az olay-a istinadən xəbər verir ki, bu barədə o, instaqramda paylaşım edib. Həmin anları izləyiciləriylə bölüşən Oksana bu sözləri yazıb:

"Bu nə özbaşınalıqdır? Bu nə biabırçılıqdır? Maşın vurmaq, hücum çəkmək nə deməkdir? Ay Allah. Söz tapa bilmirəm. Belə adamı necə adlandırasan? Nigar, yaxşı qurtardın, bacı.

Şokdayam. Belə çıxır ki, bu cür hadisə hamının başına gələ bilər. Polislərimizdən xahiş edirik ki, bu məsələyə aydınlıq gətirsinlər. Öncədən təşəkkür edirik".

Qeyd edək ki, ötən gün naməlum şəxs yolda maşını saxlayaraq Nigarın avtomobilinə hücum edib və sol güzgüsünə zərbə endirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.