Şou-biznes

Fədayə Laçın niyə Azərbaycana qayıtmır?

27 Fevral 2023 18:39
Baxış: 4 078
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Oğlumla gəlmişəm. Heç düşünmürdüm ki, bu qədər Rusiyada yaşayacağam. Pandemiya düşdü, sonra toylar çox oldu. Buna görə də qalası olduq".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Fədayə Laçın "Günaydın, Azərbaycan"a açıqlamasında deyib. O bildirib ki, Rusiyadakı işlərinin çoxluğundan orada qalmalı olub.

Verilişə görüntülü zəng edən ifaçı aparıcı Xoşqədəm Hidayətqızının "Nə vaxt Bakıya gəlirsən" sualına belə cavab verib:

"Yaxın günlərdə gəlməyi düşünürəm. Efirə çıxmaq və tanıdığım insanlar üçün darıxmışam".

Qeyd edək ki, müğənni 2 ildir oğlu Əhləmlə birlikdə Moskvada yaşayır. İfaçı orada restoran açıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.