Şou-biznes

Pnevmoniya olan Riçard Qirdən xəbər var

21 Fevral 2023 05:22
Baxış: 1 043
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Meksikada pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilən aktyor Riçard Qir tədricən sağalır. O, bir gecə xəstəxanada yatıb, səhəri gün evə buraxılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyorun bütün ailəsi Meksikada bir neçə həftəlik tətil zamanı xəstə olub.

"Bütün ailə üzvlərimiz üçün təxminən üç həftəlik xəstəlikdən sonra bu gün nəhayət özümüzü daha yaxşı hiss edirik!", - Qirin həyat yoldaşı Alehandra Silva sosial şəbəkədə yazıb.

Qeyd edək ki, şiddətli öskürəkdən əziyət çəkən aktyora pnevmoniya diaqnozu qoyulub və ona antibiotiklər yazılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.