Şou-biznes

"Bakıya gələnlər dedilər ki, sizin şəhərin mərkəzində "gecekondu"lar var"

8 Fevral 2023 15:20
Baxış: 2 865
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

""Sovetski" ətrafındakı evlər pis gündə idi. Kanalizasiya sistemi də pis idi. Biabırçılıq idi. Mən Türkiyəyə getmişdim elə utandım. Orada Bakıya gələnlər dedilər ki, sizin şəhərin mərkəzində "gecekondu"lar var. Mən də bilmirdim mənasını, soruşdum. Söylədilər ki, belə balaca evlər".

Milli.Az olay-a istinadən xəbər verir ki, bu sözləri "Elgizlə izlə" proqramında aparıcı Elgiz Əkbər deyib. Onun sözlərinə görə aktrisa Meral Konrat da ölkəmizə ikinci dəfə gələndə "Sovetski"nin söküldüyünü görüb sevinib:

"Sonra Meral Konrat ikinci dəfə Bakıya gələndə ona şəhəri gəzdirirdik. Onda artıq təmir edilmişdi, yerində park var idi. Həmin yeri görüb əlini göyə qaldırdı, dedi ki, şükür, bunlar söküldü. Sonra dedi ki, sizdə yaxşı ki, evlərin yerində park inşa etdilər, bina yox. Arzu edirəm ki, həmin ərazi bütünlükdə elə davam etsin, şəhərin mərkəzində böyük park olsun".

Qeyd edək ki, M. Konrat "Təhminə" obrazı ilə tanınır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.