Şou-biznes

Nazilə Fatimədən 50 min istəyir

26 Dekabr 2022 19:34
Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rəqqasə Fatimə Fətəliyeva ilə şair Nazilə Səfərli arasında məhkəmə prosesi davam edir.

Milli.Az xəbər verir ki, axşam.az-ın əldə etdiyi məlumata görə Nazilə Fatimədən 50 min manat təzminat istəyir. O, bir neçə ay əvvəl məhkəməyə ərizə verib, Fatimənin üzr istəməsini və şərəf-ləyaqətini təhqir etdiyi üçün təzminat ödəməsini istəyir.

Qeyd edək ki, rəqqasə ilə şairə arasındakı qalmaqala Nazilənin sosial şəbəkədə yazdığı "Bir rəqqasə reklam etdiyim məkanların birinə zəng edib qışqıraraq deyib ki, bizi dəvət etmirsiniz, kobud şairəni reklama dəvət edirsiniz. Əzizim, vaxtında bizim başımızda böyüyümüz olub. Stolların üstündə göbək rəqsi etməyə icazə verməyiblər deyə, incə qala bilməmişik, kobud qalmışıq. Demək istərdim ki, ağır ol, amma ağır olsan dingildədiyin masalar qırılar. Bağışla" sözlər səbəb olub. Ondan sonra Fatimə bu sözlərin ona aid olduğunu söyləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.