Şou-biznes

Xərçənglə mübarizə aparan Aygün Bəylərin VƏZİYYƏTİ NECƏDİR?

18 Oktyabr 2022 09:08
Baxış: 6 170
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Xəbər verdiyimiz kimi, xərçənglə mübarizə aparan Əməkdar artist Aygün Bəylər müalicəsi üçün Türkiyəyə yollanıb. 

Milli.Az xəbər verir ki, bizim.media-nın əməkdaşı onunla əlaqə saxlayaraq vəziyyəti ilə maraqlanıb.

Telefonu A.Bəylərin köməkçisi götürüb və  müğənninin səhhətinin yaxşı olduğunu deyib:

"Oktyabrın doqquzunda Türkiyəyə getdik. Aygün xanım xəstəliyi ilə bağlı iki gün müxtəlif müayinələrdən keçdi. Şükürlər olsun ki, çox yaxşı xəbərlər aldıq. Oktyabrın 12-də Vətənə qayıtdıq. Bir neçə günə verilişlərin birinə çıxıb, səhhəti ilə bağlı geniş açıqlama verəcək. Bir sözlə, indi Aygün xanımın vəziyyəti yaxşıdır". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.