Şou-biznes

"Simam elə vəziyyətdə idi ki, utanırdım"

24 Avqust 2022 13:20
Baxış: 2 347
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağır xəstəlikdən sağalan Xalq artisti Ramiz Novruz videoaçıqlama yayıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor xəstə olduğu vaxtlar efirə çıxmaqdan imtina edib. O bildirib ki, görünüşü tamam dəyişib:

"Simam elə vəziyyətdə idi ki, deyə bilmirdim, utanırdım. O sifətdə efirdə görünmək istəmirdim. Düzəldim. Heç kim elə bilməsin ki, saymamazlıq etdim. Xəstəlik ucbatından əsəbi olduğumu bilib məni yola verənlərə minnətdaram. Bu ərəfədə mənlə maraqlanan hər kəsə təşəkkür edirəm".

Qeyd edək ki, Xalq artistinin onkoloji xəstəlikdən əziyyət çəkdiyi deyilsə də o, haqqında çıxan xəbərləri təkzib etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.