Həyat yoldaşı Sibel Kirerdən boşanan türkiyəli ifaçı və aktyor Emrah qəyyumluqları analarında olan övladları ilə kameralara tuş gəlib.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Emrah ilk dəfə uşaqları ilə görüntülənib.
51 yaşlı məşhur müğənni 2014-cü ildə ailə qurduğu xanımından fevral ayında boşanıb.
Bu evlilikdən Elyesa və Eleysa adlı iki övladı olan Emrah ötən axşam anası və uşaqları ilə Bodrumda hoteldə birgə vaxt keçiriblər.
Milli.Az