Şou-biznes

Ancelina 2800 dollarlıq pijamada görüntüləndi - FOTO

29 İyul 2022 17:56
1 Şərh     Baxış: 1 104
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hollivud aktrisası Ancelina Coli və oğlu Paks Londonun Hitrou hava limanında görüntülənib.  

Milli.Az bizim.media-ya istinadən bildriir ki, evə gedən aktrisa uzun uçuşdan əvvəl komfortlu paltarlar seçərək rahatlığını təmin edib.

Aeroportda Ancelina təxminən 2800 dollara başa gələn italyan brendinin kişi seriyasından qəhvəyi rəngli ipək "Valentino" pijamasında peyda olub.

Bu, Colinin ümumi Fransız şərab zavodu "Chateau Miraval" ilə bağlı Bred Pittə qarşı məhkəmədə qalib gəldiyi məlum olduqdan sonra ilk dəfə ictimaiyyət qarşısında çıxışıdır.  

Qeyd edək ki, Pitt Colinin payının satılması ilə bağlı sövdələşmənin ləğv edilməsini tələb edib (o, onu alkoqol biznesinin sahibi olan rusiyalı oliqarx Yuri Şeflerə satıb), lakin məhkəmə heç bir qanun pozuntusuna rast gəlməyib və aktrisanın tərəfinə keçib. 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.