Şou-biznes

"Azərbaycan əxlaqına ziddir" - "Qayınana" filmini tənqid etdi

16 İyun 2022 18:45
18 Şərh     Baxış: 3 629
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Xalq artisti Şeyx Əbdül Mahmudov məşhur "Qayınana" filmi ilə bağlı qalmaqallı sözlər söyləyib.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, rejissor sözügedən ekran işini tənqid edib və Azərbaycan ədəbiyyatına, əxlaqına xas olmayan əsər adlandırıb. Bu haqda "Gəl danış" proqramında bəhs edən Şeyx Əbdül sözlərinə belə davam edib:

"Bəlkə də mən kino və teatr sahəsindəki yeganə ziyalıyam ki, ümumiyyətlə, "Qayınana" əsərinə qarşıyam. Onu yazan insanı da yaxşı tanıyıram. Adı Məcid Şamxalovdur, 1937-ci ildə "evlər yıxan" aktyorlardan biri olmuşdur. Sonradan acınacaqlı taleyi oldu. Azərbaycan ədəbiyyatına və əxlaqına xarakterik deyil. Kimin anası, nənəsi elədir? Əvvəl tamaşası oldu, sonra da filmi çəkildi".  

Qeyd edək ki, "Qayınana" filmi 1978-ci ildə Hüseyn Seyidzadənin rejissorluğu ilə lentə alınıb. Ekran işində xalq artistləri Nəsibə Zeynalova, Fuad Poladov, İlham Namiq Kamal və başqaları rol alıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.