Şou-biznes

Azərbaycanlı müğənniyə fanatından ÇOX BAHALI HƏDİYYƏ - Avtomobil, ev... - FOTO

10 İyun 2022 14:44
7 Şərh     Baxış: 5 670
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ümumiyyətlə, hədiyyə almağı, hədiyyə verməyi sevən insanam. Fikrimcə, hədiyyə almaq və hədiyyə vermək gözəl bir şeydir. Kimləri həm almağı sevir - yəni birtərəfli, kimləri hədiyyə verməyi sevir. Amma mən hər ikisini sevirəm". 

Bunu Milli.Az-a açıqlamasında gənc müğənni Əhməd Mustafayev deyib.

İstedadlı ifaçı bildirib ki, tanımadığı şəxs(lər)dən qiymətli hədiyyə qəbul etməmişdən öncə bunun səbəbini sorğulayar:

"Mənə pərəstişkarlarım arasında bahalı hədiyyə verən olub. Amma baxır nə tərzdə, nə yöndə. Məsələn sənətimlə bağlı mənə bahalı gitara hədiyyə edən olub. Çox bahalıdır, qiyməti 12 min dollardır. Sənətimə aidiyyatı olduğu üçün mən bu hədiyyəni qəbul etmişəm. 

Amma avtomobil, ev və mənim sənətimə aidiyyatı olmayan başqa bir hədiyyəni kimsə mənə təqdim etsə, mən təbii ki, burada hədiyyə verən adamdan soruşaram ki, "Niyə? Bu hədiyyəni mənə verməkdə məqsədin nədir?". Şübhəsiz ki, bu işin altında mütləqdir ki, nə isə bir şeyin yatdığını fikirləşərəm. Bu səbəbdən də qəbul etmərəm. Amma bu hədiyyə sırf sənətimlə bağlıdırsa, sənətimi sevdiyinə görə, bu yöndə hədiyyə edildiyinə görə qəbul etmişəm".

Təhməz Təkin
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.