Şou-biznes

Ukraynanı dəstəklədi, “satqın” adlandırıldı

7 İyun 2022 17:37
0 Şərh     Baxış: 1 105
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən il Rusiyanı Avroviziyada təmsil edən Manizha Ukraynanın müsabiqədə builki çıxışını bəyənməsi qalmaqala səbəb olub.  

Milli.Az olay-a istinadən xəbər verir ki, o, KİV-ə müsahibəsində "Kalush Orchestra"nın performansının xoşuna gəldiyini qeyd edib. 

Sənətçi eyni zamanda İspaniya və Portuqaliyanı da favoritlər siyahısına daxil etdiyini bildirib.

Bundan sonra, Rusiya mətbuatında Manizha barədə "satqın" başlıqlı xəbərlər yayılmaya başlayıb. 

Həmçinin, onun bir müddət qəza keçirən bacını Parisdə ziyarət etməsi barədə də məlumatlar fərqli formada təqdim edilib. Bildirilib ki, Manizha ölkədən köçməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.